Futbol üzrə Birinci Liqada XXV turun oyunları keçirilib.Bu tur çərçivəsində “Qaradağ Lökbatan” “İmişli”nin qonağı olub. Heydər Əliyev adına İmişli şəhər stadionunda təşkil olunan qarşılaşmada qalib müəyyənləşməyib. Görüşdə tərəflərdən heç biri fərqlənə bilməyib və matç qolsuz bərabərliklə sona yetib – 0:0. Qeyd edək ki, “Qaradağ Lökbatan” çempionatın başa çatmasına iki tur qalmış 53 xalla turnir cədvəlinə liderlik edir. “Şamaxı” 51 xalla ikinci, 47 xalı olan “İmişli” isə üçüncü pillədə qərarlaşıb.