
Abşeron Olimpiya İdman Kompleksində 20 yaşadək (U-20) cüdoçular arasında ne-vaza üzrə ACF kuboku keçirilib. Yarışda 34 klub və idman cəmiyyətindən 136 cüdoçu (114 oğlan, 22 qız) 12 çəki dərəcəsində mübarizə aparıb.
“Neftçi” İdman Klubunun 60 kiloqram çəki dərəcəsində çıxış edən cüdoçusu Kərim Kərimli turnirin bürünc medalına layiq görülüb.
Qeyd edək ki, cüdoda ne-vaza bacarıqları idmançılara görüşlər zamanı yer (parter) texnikalarını inkişaf etdirmək və təkmilləşdirmək imkanı verir. Bu bacarıqlar həm fəndlərdən yayınmaq, həm də rəqibi effektiv şəkildə məğlub etmək üçün vacib strategiyaların formalaşmasında mühüm rol oynayır.