Abşeron Olimpiya İdman Kompleksində karate üzrə açıq turnir keçirilib. Yarışda 800-dən çox idmançı medallar uğrunda mübarizə aparıb.
“Neftçi” İdman Klubunun təmsilçiləri inamla mübarizə apararaq turnirin 9 medalını (4 qızıl, 1 gümüş, 4 bürünc) qazanıblar. Karateçilərimizdən Yağmur Məmmədova (7-8 yaş, 20 kq), Əli Cahangirov (9 yaş, 27 kq), Hüseyn Etibarlı (12 yaş, 35 kq) və Öder Binnetli (10 yaş, 35 kq) bütün döyüşləri qələbə ilə başa vuraraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Digər idmançılarımızdan Rza Cəbiyev (7 yaş, 20 kq) gümüş, Raul Cəbiyev (5 yaş, 20 kq), Fateh İsgəndərli (7 yaş, 27 kq), Cahid Salahov (9 yaş, 35 kq) və Nihad Həsənli (14 yaş, 52 kq) isə bürünc medala layiq görülüblər.