Bakı İdman Sarayında 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş doqquzuncu “Arpaçay Open” beynəlxalq karate turniri təşkil olunub. Yarışda 10 ölkədən 1000-dən çox idmançı medallar uğrunda mübarizə aparıb.
Klubumuzun yetirmələrindən Yağmur Məmmədova (6-7 yaş, 15 kq) və Rza Cəbiyev (6-7 yaş, 20 kq) bütün rəqiblərini məğlub edərək liderliyə yüksəliblər. Digər idmançılarımızdan Hüseyn Dadaşzadə ( 7 yaş, 25 kq) gümüş, Ağakərim Məmmədov (8-9 yaş, 25 kq) isə bürünc medala layiq görülüb.