• Aprel 12, 2026
  • Redactor Neftchi
  • 0

Azərbaycan Karate Federasiyasının təşkilatçılığı ilə Bakıda “Grand Prix” beynəlxalq turniri keçirilib. “Sərhədçi” İdman Mərkəzində baş tutan yarışda müxtəlif yaş və çəki dərəcələri üzrə 6 ölkəni təmsil edən 700-ə yaxın idmançı mübarizəyə qoşulub.

“Neftçi” İdman Klubunun yetirmələri də beynəlxalq turnirdə bacarıqlarını nümayiş etdiriblər. Karateçilərimizdən Rza Cəbiyev (8-9 yaş, 24 kq), Ömər Ağalarov (8-9 yaş, 24 kq, kumite), Firudin Musayev (8-9 yaş, 35-38 kq) və Betül Hüseynzadə (12-13 yaş, +45 kq) bütün rəqiblərini məğlub edərək qızıl medal qazanıblar. Fateh İsgəndərov (8-9 yaş, +38 kq) ikinci, Ömər Ağalarov (8-9 yaş, 24 kq), Elif Həsənsoy (8-9 yaş 28 kq) və Xədicə Quluzadə (16-17 yaş, +66 kq) isə üçüncü pillədə qərarlaşıblar.