
Taekvondo üzrə uşaqlar arasında respublika birinciliyi keçirilib.
Fövqəladə Hallar Nazirliyinin Hövsan qəsəbəsindəki ”Xilasedici” İdman-Sağlamlıq Mərkəzində reallaşan turnirdə 57 klubu təmsil edən 379 idmançı medallar uğrunda mübarizə aparıb.
“Neftçi” İdman Klubunun yetirməsi Günəş Əzimzadə (52 kq) yarışda əzmlə mübarizə apararaq bütün rəqiblərini məğlubiyyətə uğradıb və fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.