Hövsan Olimpiya İdman Kompleksində keçirilən kikboksinq üzrə Bakı birinciliyi başa çatıb. Kadetlər, yeniyetmələr və gənclər arasında təşkil olunan yarışda 46 komandanın tərkibində 350 idmançı qalib adı uğrunda mübarizə aparıb. 

“Neftçi” İdman Klubunun yetirmələri paytaxt birinciliyinin 4 medalını (2 qızıl, 1 gümüş, 1 bürünc) qazanıblar. Kikboksçularımızdan Mirfərid Seyidli (2008-2009,  54 kq) və Murad Əlizadə (2008-2009,  +81 kq) bütün döyüşlərdən qalib ayrılaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Klubumuzun digər idmançılarından Tural Məmmədov (2008 -2009,  63,5 kq ) gümüş, Əli Əhmədov (2015-2017,  28 kq) isə bürünc medal əldə edib.