• Dekabr 9, 2025
  • Redactor Neftchi
  • 0

“Sərhədçi” İdman Mərkəzində keçirilən kikboksinq üzrə ənənəvi “Şuşa Kuboku” turnirinə yekun vurulub.Yarış Azərbaycan Kikboksinq Federasiyasının dəstəyi, “Legioner” Kikboksinq İdman Klubunun təşkilatçılığı və “Sportdata Azerbaijan” komandasının texniki dəstəyi ilə keçirilib. Turnirə ölkənin 20-yə yaxın rayon və şəhərindən 44 klub və ümumilikdə 455 idmançı qatılıb.
“Neftçi” İdman Klubunun iki təmsilçisi mükafatçılar arasında yer alıb. Kikboksçularımızdan Ramiz Məmmədov (60 kq) və Mehdi Alvasov (81 kq) inamla mübarizə apararaq yarışın qızıl medalına sahib olublar.