“Neftçi” İdman Klubunun daha iki yunan-Roma güləşçisi Bakıda keçirilən U-23 Avropa çempionatının medalına sahib olub. Təmsilçilərimizdən Qurban Qurbanov (82 kq) bütün görüşləri qalibiyyətlə başa vuraraq Avropa çempionu olub. Digər pəhləvanımız Nihad Quluzadə (60) isə gümüş medala layiq görülüb.Xatırladaq ki, daha əvvəl klubumuzun yunan-Roma güləşçilərindən Ziya Babaşov (63 kq) və Xasay Həsənli (77 kq) qızıl, Rəşad Məmmədov (55 kq) isə bürünc medal qazanıb.