“Neftçi” İdman Klubunun paraatleti Lamiyə Vəliyeva Yaponiyanın Kobe şəhərində keçirilən dünya çempionatında T13 kateqoriyasında 400 metr məsafəyə qaçışda bütün rəqiblərini qabaqlayıb və 55.03 saniyə nəticə ilə dünya çempionu olub.Qeyd edək ki, bu, 22 yaşlı paralimpiya çempionunun ümumilikdə dördüncü dünya çempionluğudur. Lamiyə Vəliyeva Kobedəki turnirin ilk günündə 100 metr məsafəyə qaçışda da fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.Xatırladaq ki, təmsilçimiz ötən il Fransanın paytaxtı Parisdə təşkil olunan dünya çempionatında 100 və 400 metr məsafəyə qaçışda qızıl medala sahib olmuşdu.