
“Neftçi” İdman Klubunun təmsilçisi Lamiyə Vəliyeva Sloveniyanın Maribor şəhərində keçirilən atletika üzrə komandalararası Avropa çempionatında daha bir medal qazanıb. İdmançımız qadınlar arasında 200 metr məsafəyə qaçışda göstərdiyi 23.58 saniyə nəticə ilə ikinci yeri tutub və böyüklər arasında ölkə rekordunu yeniləyib.
Xatırladaq ki, Lamiyə Vəliyeva yarışın ilk günündə 100 metr məsafənin qətində də gümüş medal qazanmışdı.