• İyul 25, 2025
  • Redactor Neftchi
  • 0

“Neftçi” İdman Klubunun güllə atıcıları Leyli Əliyeva və Oleq Kerjankin Şimali Makedoniyanın paytaxtı Skopyedə keçirilən XVIII Avropa Gənclər Yay Olimpiya Festivalında 10 metr məsafəyə pnevmatik tapançadan duet yarışında yüksək nəticə göstərərək yarışın gümüş medalına sahib olublar.

Qeyd edək ki, gənc idmançılarımız ilkin mərhələdə ən yüksək nəticə ilə çıxış edərək finala birinci olaraq vəsiqə qazanıblar və bu nəticə ilə Avropa rekordu müəyyən ediblər.