• İyul 28, 2025
  • Redactor Neftchi
  • 0

Serbiyanın Zlatibor şəhərində məktəblilər arasında keçirilən boks üzrə Avropa birinciliyinə yekun vurulub.
“Neftçi” İdman Klubunun Azərbaycan yığmasının heyətində təmsil olunan yetirmələri böyük əzmkarlıq nümayiş etdirərək 2 qızıl və 2 gümüş medala sahib olublar.
Boksçularımızdan Nurlan Müseyibli (66 kq) həlledici final görüşündə rusiyalı Albert Fedotenkova 4:1 (29:28, 30:27, 30:27, 29:28, 27:30), Zirəddin Rüstəmli (70 kq) isə serbiyalı Draqan Todoroviçə tam üstünlüklə qalib gələrək Avropa çempionu olub.
Digər idmançılarımızdan Babək Abdullayev (40 kq) və Elcan Musazadə (50 kq) isə gümüş medala layiq görülüb.
Qeyd edək ki, 3 qızıl, 10 gümüş və 9 bürünc mükafat qazanan Azərbaycan millisi bu göstərici ilə komanda hesabında Avropa ikincisi olub.