• Oktyabr 4, 2025
  • Redactor Neftchi
  • 0

“Neftçi” İdman Klubunun güləşçiləri III MDB Oyunlarında böyük uğura imza atıblar. Belə ki, Gəncə Olimpiya İdman Kompleksində təşkil olunan güləş yarışlarında klubumuzun turnirdə təmsil olunan bütün yetirmələri mükafat qazanıb. Güləşçilərimiz III MDB Oyunlarında inamla mübarizə apararaq 7 medala (1 qızıl, 4 gümüş, 2 bürünc) sahib olublar.

Sərbəst güləşçilərimizdən Nihad Abasov (71 kq) bütün rəqiblərini məğlub edərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Hacıhüseyn Əhmədzadə (51 kq), Rəşid Nəzərov (60 kq), Hüseyn İsmayılov (65 kq) və Hakim Tağıyev (110 kq) gümüş, Amin Nəsibov (92 kq) isə bürünc medal qazanıb.

Qadın güləşçimiz Esra Məmmədli (57 kq) isə üçüncü pillədə qərarlaşıb.Xatırladaq ki, daha əvvəl samboçularımız MDB Oyunlarında 1 qızıl, 1 gümüş və 1 bürünc, boksçularımız isə 4 bürünc medala yiyələniblər. Digər boksçumuz Səfdər Məmmədzadə isə sabah final görüşünə çıxacaq.