
“Neftçi” İdman Klubunun təmsilçisi Ruslan Tağıyev (77 kq) Qazaxıstanın Çimkənd şəhərində keçirilən “Alash Pride FC 111” MMA turnirində inamlı qələbə qazanıb. Mais Fərəcovun yetirməsi tacikistanlı döyüşçü Nurex Raxmonovla üz-üzə gəlib. Gərgin və maraqlı keçən qarşılaşmada Ruslan Tağıyev rəqibini məğlub edib.
Xatırladaq ki, bu, idmançımızın öz peşəkar karyerasında səkkizinci qələbəsidir.
Qeyd edək ki, bu turnir Qazaxıstanın ən nüfuzlu MMA yarışlarından biri kimi tanınır və müxtəlif ölkələrdən döyüşçüləri bir araya gətirir.





