“Neftçi” İdman Klubunun boksçusu Murad Allahverdiyev Qazaxıstanın Astana şəhərində keçirilən “Elorda Cup” turnirində mükafat qazanıb. Səksən altı kiloqram çəki dərəcəsində çıxış edən dəri əlcək ustası yalnız həlledici finalda məğlub olub və turnirin gümüş medalına layiq görülüb.