Türkiyənin İzmir şəhərində atletika üzrə 77-ci Balkan çempionatına start verilib.”Neftçi” İdman Klubunun təmsilçisi Nazim Babayev yarışın ilk günündə mükafat qazanıb. Atletimiz uzunluğa tullanma yarışında 7.83 metr nəticəyə nail olub və bu göstərici ilə çempionatın bürünc medalına yiyələnib.