• Avqust 2, 2025
  • Redactor Neftchi
  • 0

“Neftçi” İdman Klubunun təmsilçisi Nazim Babayev Qazaxıstanın Almatı şəhərində keçirilən atletika üzrə XXXIV Qosanov Memorialında bürünc medal qazanıb. Yarışın ilk günündə mübarizəyə qoşulan atletimiz uzunluğa tullanma növündə 7.48 metr nəticə ilə fəxri kürsünün üçüncü pilləsində yer alıb.

Dünya Atletikası Kontinental Turunun bürünc səviyyəli yarışında 15 ölkəni təmsil edən 150-dən çox idmançı mübarizə aparır.

Qeyd edək ki, Nazim Babayev sabah üçtəkanla tullanma növündə də bacarığını nümayiş etdirəcək.