“Neftçi” İdman Klubunun atleti Nazim Babayev Çexiyanın Yablonets nad Nisou şəhərində keçirilən dünya atletikasının bürünc səviyyəli turnirində gümüş medala sahib olub. Təmsilçimiz Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya xarakterli yarışda uzunluğa tullanma növündə 7.51 metr nəticə göstərərək buna nail olub. Nazim Babayev yalnız yerli atlet Radek Yuşkadan geri qalıb.