Azərbaycan Basketbol Liqasında “Neftçi” və “Sabah” arasında final seriyasının dördüncü oyunu keçirilib.

Bakı İdman Sarayında baş tutan matçda təmsilçimiz inamla çıxış edərək 84:66 hesablı qələbə qazanıb.Bununla da ümumi seriyada hesab bərabərləşib – 2:2.

Qeyd edək ki, daha əvvəl tərəflər arasında reallaşan 3 qarşılaşmadan ikisində “Sabah”, birində isə “Neftçi” qalib gəlib. Tərəflər arasında növbəti oyun isə oyun mayın 11-də keçiriləcək. Final seriyasında dörd qələbə qazanan komanda Azərbaycan Basketbol Liqasının qalibi olacaq.