Azərbaycan Basketbol Liqasında final seriyasının üçüncü oyunu keçirilib. Bakı İdman Sarayında baş tutan qarşılaşmada “Neftçi” və “Sabah” komandaları üz-üzə gəlib. Gərgin mübarizə şəraitində keçən oyun “Neftçi”nin 79:76 hesablı qələbəsi ilə sona yetib.

Qeyd edək ki, əvvəlki iki görüşdə “Sabah” komandası qalib gəlib. Növbəti qarşılaşma isə mayın 8-də təşkil olunacaq. Seriyada rəqibini 4 dəfə məğlub edən komanda Azərbaycan Basketbol Liqasının qalibi olacaq.