Bu gün Azərbaycan Basketbol Liqasında 1/4 final mərhələsinin üçüncü oyunları keçirilir. “Neftçi” yenidən NTD komandası ilə üz-üzə gəlib. Bakı İdman Sarayında reallaşan görüşdə komandamız rəqibi üzərində 102:97 hesablı qələbə qazanıb və yarımfinala yüksəlib.
Qeyd edək ki, seriyanın ilk matçında NTD (97:94), ikinci qarşılaşmada isə “Neftçi” (119:99) qalib gəlmişdi.













