Bu gün futzal üzrə Yüksək Liqada XIV turun oyunları keçirilir. Turun mərkəzi qarşılaşmasında lider “Neftçi” “Baku Fire” komandası ilə üz-üzə gəlib. “Olimpik Star”da təşkil olunan və gərgin mübarizə şəraitində keçən matçda “Neftçi” güclü rəqibi üzərində 5:3 hesablı qələbə qazanıb.