Futzal üzrə Yüksək Liqada XIX turun oyunları keçirilir.
Bu turda “Neftçi” “Baku Fire” komandası ilə qarşılaşıb. “Olimpik Star”da baş tutan və gərgin mübarizə şəraitində keçən matçda komandamız rəqibini 5:1 hesabı ilə məğlub edib.
Qeyd edək ki, hazırda “Neftçi” 52 xalla turnir cədvəlinə liderlik edir.






