
“Neftçi” basketbol komandası tarixində ilk dəfə avrokubokda çıxış edəcək. Komandamız FİBA Avropa Kubokunun 2025-2026-cı il müntəzəm mövsümündə mübarizə aparacaq. Təmsilçimizin rəqibi iyulun 23-də Almaniyanın Münhen şəhərində təşkil olunacaq püşkatma mərasimində müəyyənləşəcək.
Qeyd edək ki, “Neftçi” 2024/2025 mövsümündə Azərbaycan Basketbol Liqasını gümüş medalla başa vurub.