
Kişilər arasında Azərbaycan Basketbol Liqasında final seriyasına yekun vurulub. Bu gün “Neftçi” və “Sabah” arasında altıncı oyun baş tutub. Bakı İdman Sarayında təşkil olunan qarşılaşmada “Sabah” seriyada 4-cü qələbəsini qazanaraq qızıl medala sahib olub. “Neftçi” isə çempionatı ikinci pillədə başa vurub.











