Bu gün basketbol üzrə Azərbaycan Kubokunda mövsümə start verilib.İlk gündə səkkizdəbir final mərhələsinin iki oyunu keçirilib.
“Neftçi” komandası bu mərhələdə “Lənkəran”la qarşılaşıb. Bakı İdman Sarayında baş tutan oyunda təmsilçimiz rəqibini 86:54 hesabı ilə məğlub edib.
Qeyd edək ki, komandamız dörddəbir finalda “Gəncə” ilə üz-üzə gələcək.
















