• Noyabr 4, 2026
  • Redactor Neftchi
  • 0

“Neftçi” basketbol komandası FIBA Avropa Kubokunun qrup mərhələsində növbəti — beşinci oyununu keçirib. H qrupunda çıxış edən təmsilçimiz Bolqarıstanın Plovdiv şəhərində yerli “Lokomotiv” komandası ilə üz-üzə gəlib. Qarşılıqlı hücumlar və gərgin mübarizə ilə yadda qalan görüş meydan sahiblərinin 76:72 hesablı qələbəsi ilə yekunlaşıb.