
“Neftçi” basketbol komandası FIBA Avropa Kubokunun qrup mərhələsinin II turu çərçivəsində Estoniyanın “Kalev” komandasını qəbul edəcək. Bakı İdman Sarayında təşkil olunacaq qarşılaşmaya saat 18:30-da start veriləcək. Oyun “CBC Sport”da canlı yayımlanacaq.
“Neftçi” İK – BC “Kalev/Cramo”
21.10.2025
Saat: 18:30
Bakı İdman Sarayı