• İyul 23, 2025
  • Redactor Neftchi
  • 0

Azərbaycanı avrokuboklarda təmsil edən “Neftçi” basketbol komandasının Avropa Kubokunun qrup mərhələsindəki rəqibləri bəlli olub.
Bu, Almaniyanın Münhen şəhərində keçirilən müntəzəm mövsümün püşkatma mərasimində müəyyənləşib. Püşkün nəticəsinə əsasən, “Neftçi” I qrupunda “Kalev/Kramo” (Estoniya), “Bursaspor” (Türkiyə) və “Trefl” (Polşa) klubları ilə mübarizə aparacaq.
Xatırladaq ki, “Neftçi” 2024/2025 mövsümündə Azərbaycan Basketbol Liqasının gümüş medalına sahib olub.