“Neftçi” basketbol komandası FIBA Avropa Kubokunun qrup mərhələsinin sonuncu – VI turunda digər Azərbaycan təmsilçisi “Abşeron Lions”la üz-üzə gələcək. Noyabrın 19-da Bakı İdman Sarayında təşkil olunacaq qarşılaşma saat 19:00-da start götürəcək.
“Neftçi” İK – “Abşeron Lions”
19.11.2025
Saat: 19:00
Bakı İdman Sarayı
Biletləri azebasketball.com saytından əldə edə bilərsiniz.
