“Neftçi” basketbol komandası FIBA Avropa Kubokunun qrup mərhələsində dördüncü oyununu keçirib. H qrupunda mübarizə aparan təmsilçimiz Bakı İdman Sarayında Rumıniyanın “Oradya” kollektivi ilə üz-üzə gəlib. Gərgin keçən qarşılaşmada komandamız rəqibinə məğlub olub – 83:99.