• Sentyabr 23, 2026
  • Redactor Neftchi
  • 0

“Neftçi” basketbol komandası FIBA Avropa Kubokunun təsnifat mərhələsində Estoniyanın “Parnu” kollektivi ilə üz-üzə gəlib. Bakı İdman Sarayında təşkil olunan və gərgin mübarizə şəraitində keçən görüş təmsilçimizin 80:67 hesablı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, cavab görüşü sentyabrın 30-da keçiriləcək. Cütün qalibi FIBA Avropa Kubokunun əsas mərhələsinin H qrupunda “Oradya” (Rumıniya), “Fribur Olimpik” (İsveçrə), VEF (Latviya), “Mikonos” (Yunanıstan) və “Lokomotiv” (Plovdiv, Bolqarıstan) komandaları ilə mübarizə aparacaq.