Bu gün futzal üzrə Azərbaycan kubokunda 2025-2026-cı illər mövsümünə – səkkizdəbir final mərhələsinin oyunlarına start verilib.
“Neftçi” “Trabzon Azərbaycan” komandası ilə üz-üzə gəlib. “Olimpik Star”da reallaşan qarşılaşma təmsilçimizin aşkar üstünlüyü şəraitində keçib və “Neftçi”nin 14:3 hesablı qələbəsi ilə başa çatıb.












