• May 30, 2025
  • Redactor Neftchi
  • 0

Futzal üzrə Yüksək Liqada XX turun oyunları keçirilib. Bununla da çempionatda 2025/2026 mövsümünə yekun vurulub.

Son turda “Neftçi” futzal komandası “Baku Fire” kollektivi ilə üz-üzə gəlib. Bakı İdman Sarayında təşkil olunan və gərgin mübarizə şəraitində keçən qarşılaşma rəqibin 2:1 hesablı qələbəsi ilə sona yetib.

Bununla da 43 xala malik olan komandamız mövsümü üçüncü pillədə başa vurub.

Qeyd edək ki, “Araz-Naxçıvan” 52 xalla çempionatın qalibi olub, “Baku Fire” komandası isə 47 xalla ikinci pillədə qərarlaşıb.