• Oktyabr 2, 2025
  • Redactor Neftchi
  • 0

Bu gün futzal üzrə Yüksək Liqada III turun oyunlarına start verilib.
İlk qarşılaşmada turnir cədvəlinin lideri “Neftçi” “Şuşa” ilə üz-üzə gəlib. “Olimpik Star”da keçirilən matç komandamızın böyükhesablı qələbəsi ilə yekunlaşıb – 12:2. Təmsilçimizin heyətində Nihad İsmayılov (4:52), Nüsrət Fərzəli (7:04, ö/q), Emil Həsənzadə (8:08, 21:09, 26:25), İaqo Henrique (8:51, 17:34, 35:03, 36:33) Allef Maiolli (9:31), Əjdər Əjdərov (18:36) və Kərim İbrahimov (39:49) fərqlənib.