Bu gün futzal üzrə Yüksək Liqada mövsümün sonuncu – XX turunun oyunları keçirilib.
“Neftçi” bu tur çərçivəsində “Yasamal Bakı” komandası ilə üz-üzə gəlib. Bakı İdman Sarayında təşkil olunan qarşılaşmada komandamız meydana legionerlərsiz çıxıb və mövsümü böyük hesablı qələbə ilə bitirib – 15:6.
Bununla da Yüksək Liqada 2023-24-cü il mövsümü sona yetib və “Neftçi” komandası çempionatı bürünc medalla başa vurub.
Qeyd edək ki, “Araz-Naxçıvan” komandası Yüksək Liqanın qalibi olub, “Baku Fire” isə gümüş medala layiq görülüb.
Son oyundan sonra komandalara mükafatlar təqdim olunub.
“Neftçi”nin bu mövsümdə 57 qol vuran futzalçısı Reza Abgoun “Ən məhsular oyunçu” nominasiyasının qalibi olub.