Bu gün futzal üzrə Azərbaycan Yüksək Liqasında 2026-2027-ci illər mövsümünə start verilib.
“Neftçi” İdman Klubunun futzal komandası ilk turda “Rəvan” kollektivi ilə üz-üzə gəlib. “Olimpik Star”da baş tutan qarşılaşma təmsilçimizin tam üstünlüyü şəraitində keçib. Görüş komandamızın böyükhesablı qələbəsi ilə yekunlaşıb – 12:1.
Qeyd edək ki, Yüksək Liqada yeni mövsüm iki mərhələdən ibarət olacaq. İki dövrəlik birinci mərhələnin yekununda ilk 6 pilləni tutan komandalar çempionluq uğrunda mübarizəni davam etdirəcəklər.










