Gənclər və İdman Nazirliyi müxtəlif nominasiyalar üzrə 2024-cü ilin ən yaxşılarını açıqlayıb. “Buta Palace”da təşkil olunan tədbirdə idman təşkilatlarının, federasiyaların, media qurumlarının rəhbərləri, idmançılar, məşqçilər və idman ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
“Neftçi” İdman Klubu ilin “Ən yaxşı idman klubu” nominasiyasında ikinci yeri tutub.
“Qadınlardan ibarət ən yaxşı klub komandası” nominasiyasında isə 3×3 basketbol komandamız ikinci pillədə qərarlaşıb.
Mükafatlar “Neftçi” İdman Klubu idarəetmə aparatının rəhbəri Sadıq Sadıqova təqdim olunub.
“Neftçi” İdman Klubunun cüdoçusu, Olimpiya çempionu Hidayət Heydərov ilin “Ən yaxşı kişi idmançısı” nominasiyasının qalibi olub. İlin “Ən yaxşı qadın paralimpiyaçısı” nominasiyasında təmsilçimiz Lamiyə Vəliyeva (paraatletika) qalib adını qazanıb. Dürsədəf Kərimova (paracüdo) ikinci, Könül Süleymanova (paraüzgüçü) isə üçüncü olub. “Ən yaxşı kişi paralimpiyaçısı” nominasiyası üzrə də hər üç yerə klubumuzun idmançıları layiq görülüb: İmaməddin Xəlilov (parataekvondo) birinci, Səid Nəcəfzadə (paraatletika) ikinci, İlham Zəkiyev (paracüdo) isə üçüncü yeri tutub.