• Yanvar 15, 2026
  • Redactor Neftchi
  • 0

Yanvarın 14-də Bakıdakı “Fairmont” hotelində “Sportsman” jurnalının təsis etdiyi “Zəfər”-2025 Beynəlxalq İdman Mükafatının təqdimetmə mərasimi keçirilib. Tədbirdə Olimpiya, dünya və Avropa çempionatlarının mükafatçıları, federasiya və klubların təmsilçiləri, eləcə də idman ictimaiyyətinin digər nümayəndələri iştirak ediblər. Mərasimdə ötən ilin yekunlarına əsasən müxtəlif nominasiyalar üzrə qaliblərin adları açıqlanıb.

“Neftçi” İdman Klubu “İlin idman klubu” adına layiq görülüb. Mükafat klubun İdarə Heyəti sədrinin müavini, icraçı direktoru əvəz edən Fərəc Əliyevə təqdim edilib.

Qeyd edək ki, “Zəfər” Beynəlxalq İdman Mükafatı ardıcıl 18 ildir təqdim edilir. “Sportsman” jurnalı idmanın və Olimpiya Hərəkatının təbliği ilə yanaşı, 2007-ci ildə Azərbaycan Gənclər və İdman Nazirliyinin dəstəyi ilə bu mükafatı təsis edib. “Zəfər” Beynəlxalq İdman Mükafatı ən yüksək idman nailiyyətləri qazanan idmançılara, məşqçilərə, mütəxəssislərə, klublara və Azərbaycan idmanına dəstək olan müxtəlif qurumlara verilir.