Azərbaycan Memarlıq və İnşaat Universiteti “Olimpsport” jurnalı ilə birgə idman ailəsinin tanınmış simalarını bir araya gətirib. Tələbələrin də iştirak etdiyi tədbirin təşkilində əsas məqsəd gənc tələbələrin sağlam həyat tərzinə və idmana marağını artırmaq olub. Eyni zamanda, ənənəvi olaraq “Olimpsport” jurnalı tərəfindən keçirilən 2023-cü ilin “Qızıl 10-luq” idman sorğusunun qaliblərinin mükafatlandırılma mərasimi gerçəkləşib. On müxtəlif nominasiya üzrə qaliblər mükafatlandırılıb.
“Neftçi” İdman Klubu “İlin idman təşkilatı” nominasiyasının qalibi olub. Mükafat klubun idarəetmə aparatının rəhbəri Sadıq Sadıqova təqdim olunub.