“Neftçi” İdman Klubu və Sosial İnkişaf İdarəsinin birgə təşkilatçılığı ilə SOCAR-ın müəssisələri və birgə müəssisələrin işçiləri arasında atletika idman növü üzrə yarış keçirilib. Bakı Atletika Mərkəzində reallaşan turnirdə 35 iştirakçı çıxış edib.
Turnirin keçirilməsində əsas məqsəd Gənclər və İdman Nazirliyi tərəfindən keçiriləcək ümumrespublika yarışlarında iştirak etmək üçün atletika üzrə SOCAR-ın yığma komandasının heyətini müəyyən etmək idi.
Şəxsi və komanda yarışlarında I, II, III yeri tutmuş idmançılar “Neftçi” İdman Klubu tərəfindən diplom, medal və qiymətli xatirə hədiyyələri ilə mükafatlandırılıblar.
Qalib və mükafatçıları təqdim edirik:
Qadınların fərdi yarışı
60 metr məsafəyə qaçış
I yer
Əfsanə Qasımova (“SOCAR Polymer” MMC)
II yer
Esmira Nəsrəddinova “Neftqaztikinti” Tresti
III yer
Adilə Xayirbəyova “Neftqaztikinti” Tresti
400 metr məsafəyə qaçış
I yer
Əfsanə Qasımova (“SOCAR Polymer” MMC)
II yer
Gülşən Nurullayeva (Təhlükəsizlik İdarəsi)
III yer
Türkan Quliyeva (Təhlükəsizlik İdarəsi)
Uzunluğa tullanma
I yer
Xalidə Cəfərova (SOCAR Downstream)
II yer
Zərifə Məmmədova (“Azərkimya” İB)
III yer
Adilə Xayirbəyova (“Neftqaztikinti” Tresti)
Kişilərin fərdi yarışı
60 metr məsafəyə qaçış
I yer
Emin Eminzadə (“Neftqaztikinti” Tresti)
II yer
Rüstəm Rüstəmov (“SOCAR Polymer” MMC)
III yer
Rauf Manafov (“Azərkimya” İB)
800 metr məsafəyə qaçış
I yer
Emin Eminzadə (“Neftqaztikinti” Tresti)
II yer
Vüqar Baloğlanov (Təhlükəsizlik İdarəsi)
III yer
Pərviz İsmayıllı (Təhlükəsizlik İdarəsi)
Uzunluğa tullanma
I yer
Emin Eminzadə (“Neftqaztikinti” Tresti)
II yer
Rüstəm Rüstəmov (“SOCAR Polymer” MMC)
III yer
Zaur Eynal (Heydər Əliyev adına Neft Emalı Zavodu)
Estafet yarışı
I yer
“Neftqaztikinti” Tresti (Elvin Əhmədov, Mübariz Əliyev, Esmira Nəsrəddinova, Adilə Xayirbəyova)
II yer
“Azərkimya” İB (Rauf Manafov, Azər Orucov, Ləman Niyazlı, Zərifə Məmmədova)
III yer
Təhlükəsizlik İdarəsi (Pərviz İsmayıllı, Vüqar Baloğlanov, Gülşən Nurullayeva, Türkan Quliyeva)














































