Bu gün “Neftçi” İdman Klubunun idarəetmə aparatının əməkdaşları arasında 5 Mart – Bədən Tərbiyəsi və İdman Gününə həsr olunmuş nərd yarışı keçirilib. Klubun inzibati binasında təşkil olunan turnirdə iştirakçılar ilkin olaraq yarımqruplarda mübarizə aparıblar. Bu mərhələdə ilk iki pillədə qərarlaşanlar çıxışlarını final mərhələsində davam etdiriblər.
Kişilər arasında Eldar Abdullayev bütün görüşləri qələbə ilə başa vurub və turnirin qalibi olub. Elçin Orucov ikinci, Elsevər Abdullayev isə üçüncü yeri tutub.
Qadınların mübarizəsində İradə Piriyeva hamıdan güclü olub. Tamilla Heydərova ikinci, Pərvanə Əliyeva isə üçüncü yerə çıxıb.
Qalib və mükafatçılara idarəetmə aparatının rəhbəri Sadıq Sadıqov tərəfindən “Neftçi” İdman Klubunun diplomları təqdim olunub.