“Neftçi” İdman Klubunun inzibati binasında YAP Suraxanı rayon ərazi ilk partiya təşkilatının toplantısı keçirilib. Tədbirdə Yeni Azərbaycan Partiyasının Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov və sədr müavini Salman Əbdülov da iştirak ediblər. “Neftçi” İdman Klubu idarəetmə aparatının rəhbəri, ərazi partiya təşkilatının sədri Sadıq Sadıqov çıxış edərək yığıncaq iştirakçılarını salamlayıb. O, iclasın gündəliyində olan bir məsələnin, ərazi partiya təşkilatında ideoloji işin gücləndirilməsi və səmərəliliyin artırılması ilə əlaqədar olaraq görüləcək işlər haqqında məlumat verib.
Sonra YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov və “Neftçi” İdman Klubunun İdman departamentinin rəisi Ceyhun Şirəliyev çıxış ediblər.
Toplantının sonunda klubun YAP-a yeni qəbul edilmiş 22 əməkdaşına üzvlük vəsiqələri təqdim olunub.