“Neftçi” İdman Klubunun qadınlardan ibarət 3×3 basketbol komandası dünya reytinq cədvəlində üçüncü pillədə qərarlaşıb. Brianna Freyzer, Erika Karter, Aleksandra Mollenhauer və Dina Ulyanovadan ibarət komanda 543,813 əmsalla ilk üçlükdə yer alıb.
Qeyd edək ki, 30 komandanın yer aldığı reytinq siyahısına 628,222 əmsalla Kanada millisi başçılıq edir. Çin yığması (591,292) isə ikinci sırada qərar tutub.