“Neftçi” İdman Klubunun cüdoçusu Elcan Hacıyev Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən Avropa çempionatında böyük əzmkarlıq nümayiş etdirərək qızıl medal qazanıb. Doxsan kiloqram çəkidə çıxış edən idmançımız həlledici görüşdə macarıstanlı Kristian Totu məğlub edib və fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Xatırladaq ki, klubumuzun digər təmsilçilərindən Balabəy Ağayev yarışın ilk günündə (60 kq) gümüş medala sahib olub. Növbəti gün isə Hidayət Heydərov (73 kq) qızıl medal qazanmaqla dördüncü dəfə Avropa çempionu olub.