“Neftçi” İdman Klubunun yetirməsi Ayxan Həsənli (81 kq) Ekvadorun Quayakil şəhərində keçirilən cüdo üzrə yeniyetmələr arasında dünya çempionatında böyük uğura imza atıb. İdmançımız finala gedən yolda Kosta-Rika, Küveyt, Kolumbiya, Ermənistan və Yaponiya təmsilçilərinə qalib gəlib. O, həlledici görüşdə rusiyalı Daniyal Biybolatova məğlub olaraq dünya çempionatının gümüş medalını qazanıb.
