
“Neftçi” İdman Klubunun daha iki cüdoçusu Tacikistanın paytaxtı Düşənbədə keçirilən “Böyük Dəbilqə” turnirinin son günündə mükafata layiq görülüb. Doxsan kiloqram çəki dərəcəsində çıxış edən iki cüdoçumuz – Vüqar Talıbov və Elcan Hacıyev finalda üz-üzə gəliblər. Həlledici qarşılaşmada Elcan Hacıyev qələbə qazanıb və qızıl medala sahib olub. Vüqar Talıbov isə fəxri kürsünün ikinci pilləsinə qalxıb.
Xatırladaq ki, daha əvvəl klubumuzun cüdoçusu Balabəy Ağayev (60 kq) qızıl medal qazanmışdı.