
15 İyun – Milli Qurtuluş Gününə həsr olunmus 2014-2015-ci il təvəllüdlü uşaqlar arasında “Neftçi” İdman Klubunun futbol üzrə açıq birinciliyinə yekun vurulub. Lökbatan qəsəbəsindəki Qaradağ Təlim-İdman Bazasında keçirilən yarış beş gün davam edib.
“Neftçi-1” komandası açıq birinciliyin qalibi adını qazanıb. “Sahil” Futbol Akademiyası ikinci, Lökbatan Futbol Məktəbinin komandası isə üçüncü yeri tutub.
Bundan əlavə, yarışda “Ən məhsuldar oyunçu”, “Ən yaxşı oyunçu” və “Ən yaxşı qapıçı” nominasiyaları üzrə də qaliblər müəyyənləşib. Bu adlara müvafiq olaraq Telman Hacıyev, Kamran İsgəndərov və Elcan Babaşov layiq görülüblər.
Turnirdə I, II və III yerləri tutmuş komandalar “Neftçi” İdman Klubunun diplom və medalları ilə mükafatlandırılıblar.







