Ölkəmizdə iyirmi üç yaşadək (U-23) güləşçilər arasında keçirilən Avropa çempionatı başa çatıb.
Bakı İdman Sarayında təşkil olunan turnirdə “Neftçi” İdman Klubunun güləşçiləri böyük əzmkarlıq nümayiş etdirərək mötəbər yarışı 9 medalla (4 qızıl, 2 gümüş, 3 bürünc) başa vurublar.
Yunan-Roma güləşçilərimizdən Ziya Babaşov (63 kq), Xasay Həsənli (77 kq) və Qurban Qurbanov (82 kq) bütün rəqiblərini məğlub edərək qızıl medala sahib olublar. Nihad Quluzadə (60 kq) gümüş, Rəşad Məmmədov (55 kq) isə bürünc medal qazanıb.
Klubumuzun qadın güləşçilərindən Jalə Əliyeva (57 kq) dünya çempionu olub. Ruzanna Məmmədova (59 kq) isə üçüncü yeri tutub.
Sərbəst güləşçilərimizdən Kənan Heybətov (70 kq) gümüş, Nurəddin Novruzov (61 kq) isə bürünc medala layiq görülüb.